Milli Məclisin sədri Sahibə Qafarova Karaqanda vilayətində baş vermiş faciə ilə əlaqədar Qazaxıstanlı həmkarlarına başsağlığı məktubları ünvanlayıb
29 Oktyabr 2023 09:59 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevə və ölkə Parlamenti Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.
Milli Məclisin sədri öz adından və deputatlar adından hər iki spikerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verərək, yaralılara şəfa diləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31