Paşinyanın sülh çağırışları imitasiyadır

"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya hərbi bazasına ölkəsində ehtiyac olmadığını vurğulayıb. Prinsipcə düz deyir. Məhz Rusiya Ermənistanda 102-ci bazasını Türkiyə görə təsis etmişdi. Buradan Azərbaycanı da Ermənistan vasitəsilə təhdid edirdi. Azərbaycanın ərazilərinin işğalda saxlanılmasında 102-ci bazanin da rolu olub". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra yeni siyasi konfiqurasiya qurulur: "Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi bitib. Ermənistan məğlub olaraq öz sərhədlərinə çəkilib. Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesi baş verir. Belə olan təqdirdə 102-ci baza Ermənistan üçün əhəmiyyəti yoxdur. 

Təbii ki, N.Paşinyan Rusiyanın orbitindən çıxmaq və ölkəsində Rusiya hərbi bazasının bağlanmasına gedecek. Amma, N. Paşinyan ölkəsinin təhlükəsizlik qayğıları dedikdə, Rusiyanı hərhansı bir dövlətlə əvəz edib, Qərbin Ermənistanda hərbi bazasını təsis edəcəksə, bu regionda yeni bir böhrana gətirəcək. Nəticədə,Türkiyə və Azərbaycanla əlaqələr normallaşmayacaq. 

N.Paşinyanın Rusiyanın hərbi bazasının ölkəsindən çıxarmaqla, yerində Qərbin hərbi kontingentini ölkəsində yerləşdirməklə geosiyasi seçim etməyə çalışır. Heçdə ölkəsinin müstəqilliyini və təhlükəsizliyini təmin etmir. Ermənistan regionda yeni militarist siyasət aparır və N. Paşinyanın sülh çağırışları imitasiyadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31