Bu hal üzə çıxsa, Azərbaycan ərazisindən geri çəkiləcəyik

Azərbaycan tərəfinin sözlərinə görə, biz də onların ərazilərindəyik.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan mediaya açıqlamasında deyib.

"Əgər müstəqillik əldə etdiyimiz zaman mövcud olan xəritələrə görə bizim Azərbaycanın ərazisi olan yerlərdə olduğumuz ortaya çıxarsa, biz də oranı tərk etməli olacağıq. Bu tamamilə doğrudur. Siz bu ərazi ilə müstəqil oldunuz və başqasının ərazisi ilə bağlı iddialarınız ola bilməz", - Simonyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31