Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər nazirinin açıqlamasına cavab verib
27 Oktyabr 2023 22:22 SiyasətErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Qarabağ bölgəsinə UNESCO missiyasının göndərilməsinin vacibliyi ilə bağlı açıqlama verib. Sülhdən, sülh müqaviləsindən ağızdolusu danışan Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid edən, onun daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirilən belə açıqlamaları tamamilə qəbuledilməzdir.
Olaylar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında bildirilib.
Qərbi Azərbaycan İcması hesab edir ki, A.Mirzoyan başda olmaqla erməni diplomatiyasının UNESCO ilə bağlı ilk işi Azərbaycan xalqının mədəni irsinin monitorinqi məqsədilə bu təşkilatın faktların araşdırılması missiyasının Ermənistana səfərinə imkan yaratmaq olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31