Rusiya MN adı dəyişdi: Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu
27 Oktyabr 2023 21:07 SiyasətRusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını "Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu" kimi qeyd edib.
Olaylar.az report-a istinadən xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası "Dağlıq Qarabağ münaqişəsi zonası" adlanırdı.
27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31