Xankəndiyə müvəqqəti komendant təyin edildi
27 Oktyabr 2023 18:56 SiyasətXocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib.
Olaylar.az bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında bildirib.
Nazir, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31