Azərbaycanın Slovakiyadakı səfiri dəyişib
27 Oktyabr 2023 18:38 SiyasətAzərbaycanın Slovakiyadakı səfiri dəyişib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər Sərəncamla Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31