Bu attestasiyanı Səhiyyə Nazirliyi həyata keçirəcək

Orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin) attestasiyası həyata keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin) attestasiyasını həyata keçirmək Səhiyyə Nazirliyinin vəzifələri sırasına daxil edilib.

Qeyd edək ki, indiyə qədər nazirlik səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31