Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edildi
27 Oktyabr 2023 16:37 SiyasətSəhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Hazırda nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var.
Dəyişikliyə əsasən, nazirini birinci müavini vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. Beləliklə, nazirin 3 müavini olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31