Səhiyyə Nazirliyinin saxlanılma xərclərinə büdcədənkənar vəsait də daxil edildi
27 Oktyabr 2023 16:29 SiyasətSəhiyyə Nazirliyinin saxlanılma xərclərinə büdcədənkənar vəsait də daxil edilib.
Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31