Parlamentdə bu komitəyə nazirlik statusu verilməsi təklif olunub

Milli Məclisdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə nazirlik statusunun verilməsi təklif edilib. "Olaylar" xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı çıxış edib: "Tövsiyələrdə qeyd olunur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statusu ona müəyyən səlahiyyətlər verməklə aydın müəyyənləşdirilsin. Bu sahə üzrə nazirlik statusu alsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31