Azərbaycan bütün sahələrdə əməkdaşlığa maraqlıdır - ÖZƏL

"Qaradağ Günəş Elektrik Stansiyası" kimi layihələr ölkəmizin qarşısında geniş imkanlar açır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə,  Azərbaycan hər zaman əməkdaşlıqda, səylərin birləşdirilməsi əsasında hədəflərə doğru inamla irəliləməkdə maraqlıdır: "Nəzərə alsaq ki, hazırkı dövrün əsas çağırışı bərpa olunan enerji  mənbələrinə investisiyaların yatırılmasıdır, bu halda reallığa çevrilən belə layihələr Azərbaycanın qeyd olunan sahədə böyük potensiala malik olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu məqama xüsusi diqqət çəkdi ki, mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31