Ermənilər Rusiyadan birdəfəlik qurtulmaq istəyirlər
27 Oktyabr 2023 11:05 Siyasət"Ukrayna ilə müharibədə ağır məğlubiyyətlə üzləşən Rusiya Ermənistan adlı tərəfdaşını itirməkdədir. Baxmayaraq ki, vaxtilə Rusiya bu oyuncaq dövləti Azərbaycanla Türkiyə arasında yaratmışdı. Fürsətcil xalq olan ermənilər Rusiyanın acınacaqlı durumundan istifadə edib ondan birdəfəlik qurtulmaq istəyirlər". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın son dövrlər bir çox çıxışları buna yönəlib: "Paşinyan Amerikanın "The Wall Street Journal" nəşrinə müsahibəsində də bir daha bu fikrini ortalığa atıb. O, müsahibə zamanı bildirib ki, Rusiya hərbi bazalarının Ermənistanda davam etməsində heç bir üstünlük görmür. Erməni baş nazirin qənaətincə, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməyib. Zavallı Paşinyan, Rusiya olmasaydı ermənin Cənubi Qafqazda nə işi vardı, Rusiya olmasaydı 30 ildən artıq bu münaqişə davam edə bilərdimi? Birmənalı yox demək olar. Amma Rusiyanın əl çəkməyəcəyi təqdirdə Nikolun aqibəti yaxşı olmaz. Avropanın çox dəbdəbəli kürsülərinə dəvət almaq, alqışlarla qarşılanmaq, bəzi dövlətlərin şirin vədləri Paşinyanı Moskvanın qəzəbindən qoruya biləcəkmi? Bunu zaman göstərər.
Zamandan və keçmiş tarixdən həm Rusiya, həm də Ermənistan ibrət dərsi götürməlidir. Çox konfiqurasiyalı hegemon gedişlər, separatizmi dəstəkləmək siyasəti Rusiyanı tənəzzülə aparıb. Nəhayət həm Rusiya, həm də Ermənistan normal qonşuluq prinsiplərinə uyğun davranış nümayiş etdirməlidirlər, separatizmə yox deməlidirlər. Axı separatizmdən qidalanmaq dünyanın heç bir regionuna sabitlik gətirə bilməz".