Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması İranın əsas siyasətidir

"Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması İranın əsas siyasətidir". "OLAYLAR" İRNA-ya istinadən xəbər verir ki, bu fikirləri İranın Tacikistandakı səfiri Əlirza Həqiqiyan Azərbaycanın bu ölkədəki səfiri Əlimirzamin Əskərovla görüşü zamanı səsləndirib.

İranlı səfir bu yaxınlarda Tehranda keçirilən 3+3 regional iclasına toxunaraq, regional mexanizmlərin dəstəklənməsi və Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin yaradılmasını ölkəsinin əsas siyasəti hesab edib.

Görüşdə Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31