Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir - Ərdoğan

Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Serdar Berdiməhəmmədov ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq vasitəsilə enerji təhlükəsizliyinə töhfə vermək öhdəliyinə sadiqdir.

"Görüşümüz zamanı biz Xəzər dənizindən keçən Qərb-Şərq dəhlizinin təkmilləşdirilməsi ilə bağlı fikirlərimizi bölüşdük. Türkmənistanla bir çox məsələlərdə eyni mövqedə olduğumuzu gördük", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda olan Türkmənistanın da təşkilata tamhüquqlu üzv olmasını arzuladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31