Sahibə Qafarova Anıtqəbirdə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib - FOTO
26 Oktyabr 2023 17:43 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada Anıtqəbirə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Spiker və nümayəndə heyətinin üzvləri burada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad edib. Sahibə Qafarova məzarın önünə əklil qoyub.
Sonra Milli Məclisin sədri Xatirə kitabına ürək sözlərini yazıb.







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31