Türkiyə və Azərbaycan arasında sərhəd təhlükəsizliyi məsələsi müzakirə olundu - FOTO
26 Oktyabr 2023 15:12 SiyasətTürkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan sərhədində görülməli təhlükəsizlik tədbirlərinə dair görüş keçirilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, "Anadolu" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İğdır valiliyində keçirilən görüşdə Türkiyə heyətinə vali Ercan Turan, Naxçıvan Muxtar Respublikasının heyətinə isə polkovnik Bəhmən Babayev rəhbərlik edib.
Görüşdə ortaq sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub. Görüşün sonunda B.Babayev E.Turana Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının olduğu tablo hədiyyə edib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31