İlham Əliyevin adı tariximizə müzəffər sərkərdə kimi həkk olundu

Son 20 ildə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib

Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən qabaqcıl yerlərdən birini tutur. Qürürverici bir haldır ki, son dövrlərdə Azərbaycand övlətçiliyi yüksək templə inkişaf edir. Artıq dünya dövlətləri Azərbaycanın irəlis ürdüyü yeni siyasi reallıqların fərqinə varır, ölkəmizi etibarlı siyasi tərəfdaş qismində qəbul edirlər. Azərbaycan hal-hazırda siyasi, iqtisadi, hərbi, mədəni sahələr üzrə inkişafa və əldə etdiyi nəticələrə görə dünyada söz sahibi olan ölkəyə çevrilib. Bu inkişafın təməlində isə uzaqgörən, uğurlu və realllığa əsaslanan daxili və xarici siyasət dayanır. Ümumilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident  İlham Əliyevin yüksək səyləri və gərgin əməyi nəticəsindəAzərbaycan  beynəlxalq reytinq cədvəllərində müsbət tendensiyalar üzrə irəliləyərək bölgənin söz sahibinə  çevrilən bir ölkə olmuşdur. Heç şübhəsiz, bütün bu nailiyyətlərin təməlində güclü lider İlham Əliyev dayanır. Danılmaz bir faktdır ki, günümüzdə Azərbaycanın bir dövlət olaraq, stabil və inamlı  inkişafı məhz cənab Prezidentin liderlik amili ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəfər çalmış və  tarix yazan lider olaraq, həyata keçirdiyi müdrik daxili siyasəti və məqsədyönlü xarici siyasət sayəsində Azərbaycanı Cənubi Qafqazın ən güclü dövlətinə çevirməyi bacarmışdır. İlham Əliyevin prezidentliyi dönəmi Azərbaycan tarixində dünya miqyaslı infrastruktur, iqtisadi, enerji və mədəni layihələrin həyata keçrilməsi, eləcə də daxili siyasətdə mövcud neft kapitalının qeyri-neft kapitalına çevrilməsi ilə yadda qalmışdır. Regionda gerçəkləşdirilən bütün regional layihələrin əsas lokomotivi qismində məhz Azərbaycanın aparıcı rol oynaması və bu layihələrin Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik strategiyasının  qurulmasında əhəmiyyətli faktor kimi qiymətləndirililməsində onun rolu danılmazdır. Məhz onun yüksək reytinqi sayəsində bu qəbildən olan dünyəvi layihələrin həyata keçrilməsi ilə ölkəmizin beynəlxalq qurumlar və xarici partnyorlar arasında nüfuzu daima möhkəmlənir, Azərbaycan dünya enerji bazarında həlledici oyunçulardan birinə çevrilmişdir. İlham Əliyevi təəssübkeş lider kimi fərqləndirən əsas xüsusiyyətlərindən biri də, milli maraqlar məsələsində güzəştsiz mövqe tutmasıdır. Ali baş komandanikinci vətən müharibəsinə qədər keçən bir zamanda müxtəlif beynəlxaq arenalarda, yüksək kürsülərdə  bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu və Azərbaycanın bu məsələ barəsində heç vaxt güzəştdə getməyəcəyini bildirir, bölgədə stabilliyin bərqərar olması üçün ədalətin bərpa olunmalı olduğunu hər zaman vurğulamışdır. Bölgədə müxtəlif ölkələrin maraqlarının toqquşduğunu nəzərə alaraq, Cənab prezident Qarabağ məsələsində ikili standart tətbiq edən ölkələrə heç çəkinmədən, açıq və kəskin bir şəkildə münaqişənin həll edilməsi üçün ilk növbədə ikili standartlar siyasətinə son qoyulmalı olduğunu  hər zaman qeyd etmişdir. Bu təəssüfedici halı birmənalı olaraq müxtəlif yüksək tribunalar vasitəsi ilə dünya ictimaiyyətinə çatdıran cənab Prezident, Azərbaycan tərəfinin tarixi ədalətsizliklərlə heç vaxt barışmayacağını və öz ərazisində ikinci erməni dövlətinin yaranmasına əsla icazə verməyəcəyini hər zaman əminliklə vurğulamışdır. Qətiyyətli və birmənalı mövqe sərgiləyən Prezident İlham Əliyev sözdən-əmələ prinsipinə uyğun olaraq illər sonra Azərbaycan xalqının ən böyük arzusunu reallaşdırmağı bacardı. Bu günki Azərbaycan artıq yeniləşən dünyanın reallıqlarına tam birmənalı olaraq cavab verərək artıq özü bölgədə yeni reallıqlar yaradır. Məhz güclü ölkənin güclü rəhbəri sayəsində artıq regional məsələlərin həllində Azərbaycan əsas aparıcı dövlətə çevrilməyi bacarıb.

Millət vəkili Oqtay Əsədov qeyd edib ki, xalqlar dünyada maddi nemətləri, təbii sərvətləri ilə deyil, tarixi şəxsiyyətləri ilə tanınır: "Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanı dünyada son 20 ildə Prezident İlham Əliyev şəxsiyyəti tanıtdı. Azərbaycanın müstəqillik dövründə 2003-cü ildə keçirilən prezident seçkiləri tariximizin ən önəmli seçkilərindən oldu desək, yanılmarıq. 2003-cü il oktyabrın 15-də xalq doğru seçimini edərək, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə etimad göstərib Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Geridə qoyduğumuz 20 ildə Azərbaycanda elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın, inkişafa nail olunmasın. Bu 20 ildə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildi. Bu gün məhz İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, hər birimiz "var imzamız imzalar içində" sözlərini qürurla deyir, Ulu Öndərin söylədiyi kimi, azərbaycanlı olmağımızla fəxr edirik". Millət vəkili bildirib ki, bu gün xalq öz lideri ilə öyünür: "İlham Əliyev dünyanın nəhəng siyasətçiləri tərəfindən heyrətlə izlənilən liderdir. Cənab prezidentin diplomatiya və dövlət idarəçiliyindəki zəngin təcrübəsi, biliyi, eyni zamanda şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, Azərbaycana beynəlxalq arenada böyük hörmət var. Ölkəmizdə aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. İlham Əliyevin apardığı məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlərin nəticəsində Azərbaycanın iqtisadi və hərbi-müdafiə qüdrəti daha da gücləndi və bu, 44 günlük Vətən müharibəsində parlaq qələbəmizin qazanılmasına zəmin yaratdı. Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü, birliyimiz bizi  2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qalib xalq etdi. Ali Baş Komandan İlham Əliyev tarix yazdı. Bu ilin sentyabrın 19-da isə Qarabağda keçirilən lokal anti-terror tədbirlər nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Prezident İlham Əliyev tarix yazır. Dövlətimizin başçısının adı tariximizə həm də müzəffər sərkərdə kimi həkk olundu. Bu gün Azərbaycan dünyanı həm də işğaldan azad edilmiş ərazilərində sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Azad edilmiş ərazilərimmizdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, strateji infrastruktur obyektləri açılır. Bir sözlə, azad edilmiş ərazilər yenidən qurulur. Dövlətimizin başçısının dediyi kimi, Qarabağ cənnətə çevriləcək. Artıq keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına dönürlər. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib, inanıb, ona arxa və dayaq olub. İnanırıq ki, İlham Əliyevin prezidentliyi ilə Azərbaycan bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə addımlayacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31