Deputat şəhər sakinləri ilə nədən danışıb? - ÖZƏL
26 Oktyabr 2023 12:24 SiyasətMillət vəkili Müşfiq Məmmədli və Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiya fəalları və yerli sakinlərlə görüş keçiriblər. "Olaylar" xəbər verir ki, bu barədə Mİllət vəkili Müşfüq Məmmədli məlumat verib. Bildirib ki, görüşdə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövlətinin bugünkü nailiyyətlərindən söz açıblar: "Görüşdə həmçinin tarixi ənənələrə malik, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın rəhbərliyi və təşəbüsü ilə həyata keçirilən siyasi islahatlardan, son illər qazanılan tarixi nailiyyətlərdən, əldə olunan uğurlardan, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi zəfərimizdən danışdıq. Müharibədən ötən dövr ərzində məqsədyönlü dövlət siyasətinin, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin xalqımıza böyük tarixi töhfə olduğunu vurğuladıq. Görüşdə həmçinin vətəndaşları narahat edən bir sıra məsələlərə toxunulmuş və aidyyatı üzrə qeydlər aparıldı".
