Prezidentin işğal olunmuş ərazilərə səfəri ənənəyə çevrilib - ÖZƏL

"Üç il əvvəl Azərbaycan Ordusu 44 gün ərzində  elə bir tarixi zəfərə imza atdı ki, biz bundan sonra işğal tarixlərinin acı, məyusedici xatirələrini, ildönümlərini deyil, qələbəmizin iftixarını, sevincini təntənəsini, torpaqlarımızın işğaldan azad olunduğu günləri qeyd edəcəyik. Artıq Qubadlının azad olunmasından üç il ötür". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramovun sözlərinə görə, Qubadlının işğaldan azad olunması Azərbaycan ordusunun Laçına, oradan isə Şuşaya gedən yolunu açdı: "Nəzərə alsaq ki, düşmən burada 30 il ərzində istehkamlar quraraq möhkəmlənmişdi, bu mənada Qubadlı uğrunda gedən döyüşlər kifayət qədər ağır döyüşlər idi. Amma güclü Azərbaycan Ordusu bu döyüşdə də uğur qazanaraq, düşmənin bütün hədəflərini məhv etdi və Qubadlı 27 illik əsarətdən sonra azadlığına qovuşdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 23.12.2020-ci il tarixində azad olunmuş Qubadlıya səfəri edərək Qubadlıda Azərbaycan bayrağının ucaltdı".

Onun sözlərinə görə, artıq işğaldan azad edilmiş ərazilərimizə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfər etmələri  ənənəyə çevrilmişdir: "Bu ənənəyə sadiq qalaraq, Qubadlının azad olunmasının bir ili münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 25.10.2021-ci il tarixdə Azad olunmuş Qubadlıya  səfər edərkən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində və "Qubadlı" yarımstansiyasının açılışında və Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31