Milli Məclisin deputatı Bolqarıstanda səfərdə olacaq

Milli Məclisin deputatı, Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev oktyabrın 27-də Bolqarıstanın Varna şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputatımız səfər zamanı bu ölkədə keçiriləcək bələdiyyə şurası və mer seçkilərində müşahidəçi qismində iştirak edəcək. Rauf Əliyev, habelə Bolqarıstan Milli Assambleyasının üzvləri bir sıra görüşlər də keçirəcək.

Səfər oktyabrın 30-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31