Fransa Azərbaycanın yürütdüyü sülh siyasətini dəyişə bilməyəcək

Fransanın da təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının "sivil" missiyası heç nəyə nail ola bilmədi, indi artıq hərbi missiya haqda danışılır. Fransanın  İrəvanda daimi hərbi attaşesinin təyinatına hazırlıq aparması ,  Ermənistanın silah-texnika parkını yeniləməyə çalışması bunun bariz nümunəsidir. Baş verən hadisələr deməyə əsas verir ki, Fransanın belə bir addımlar atmaqda son məqsədi neomüstəmləkəçilik siyasətini Qafqaza gətirməkdir. Fransa ilə yanaşı bir sıra digər Avropa ölkələrinin də Ermənistanın silahlandırılmasına dəstək verməsi -  Hollandiya parlamentinin Ermənistana hərbi dəstək göstərməyə çağırması isə vəziyyəti daha da mürəkkbləşdirir. Milli Məclisin üzvü İlham Məmmədov deyib ki, indi də Fransanın əlində oyuncağa çevrilən Ermənistan Cənubi Qafqazda  gərginliyin artması və qarşıdurmanının kəskinləşməsi istiqamətində təxribatçı fəaliyyətlə məşğuldur. Fransanın təhriki ilə Ermənistanın atdığı son hadisələr  bölgəni yeni fəlakətlərə sürükləməyə xidmət edir.

Onun sözlərinə görə, dünyanın müxtəlif bölgələrində, xüsusən də Afrikada  neokolonilst siyasəti iflasa uğrayan  Fransa indi bu çirkin  niyyətini Ermənistan vasitəsi ilə Cənubi Qafqazda reallaşdırmağa cəhd edir: "Fransa  bu çirkin planını həyata keçirmək üçün Ermənistanı bir alət kimi istifadə etməkdədir. Lakin  Fransanın bu siyasətini can-başla həyata keçirməyə çalışan Paşinyan hakimiyyəti unutamalıdır ki, bu müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkə olacaqsa,  birincisi Ermənistan olacaq. Tarix boyu başqalarına alət olub və bundan əziyyət çəkən ermənilər Fransanın kolonializm siyasətinin də qurbanı olacaqlar və ağır bədələini ödəyəcəklər". Deputat hesab edir ki, Ermənistanın Fransa ilə hərbi  sahədə əməkdaşlıq  bölgədə sülhə deyil, Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edir: "Birincisi ona görə ki, Ermənistan hazırda Rusya ilə hərbi sahədə müttəfiqdir və bu ölkədə Rusiyanın hərbi bazası mövcuddur və KTMT-nin üzvüdür. Ermənistan belə şəraitdə tam fərqli   cəbhədə yer alan   Fransa ilə hərbi əməkdaşlıq Ermənistan yaxşı heç nə vəd etmir. İkincisi, Moskva  İrəvanın bu siyasəti ilə barışmayacaq və bu da öz növbəsində ciddi qarşıdurmaya səbəb olacaq ki, bu sonucda ağır fəsadlarla nəticələnə bilər. İrəvanın Ermənistanı müxtəlif fərqli güclərin toqquşma məkanına çevriməsi nəticə etibarı ilə bölgədə yeni müharibənin alovlanmasına gətirib çıxarar. Ermənistanın hazırda yürütdüyü siyasət bunu istisna etmir. Ona görə də hesab edirəm ki,  nə qədər gec deyil Ermənistan  bölgəni fəlakətə sürükləyən bu cür təhlükəli oyundan yayınmalıdır".

Deputat əlavə edib ki, Ermənistan sülh istəyirsə, o zaman konstruktiv mövqe sərgiləyib  Bakının şərtləri əsasında sülh sazişi imzalamalıdır: "Sülh sazişinin  imzalanmasından yayınıb, vaxt qazanmağa çalışan  və sonunda da bundan uduzan tərəf yalnız Ermənistan özü olacaq. Bu gün Ermənistana havadarlıq edən və  ermənilərdən alət kimi istifadə edib  Cənubi Qafqazda maraqlarını təmin etmək üçün məkrli planlarını realalşdırmağa can atan Fransa  Azərbaycanın yürütdüyü  siyasəti dəyişə bilməyəcək. Azərbaycanın yürütdüyü  uğurlu siyasət nəticəsində kiçik bacısı Ermənistan kimi, böyük bacı rolunda  çıxış edən Fransanın da  bölgədə planlaşdırdığı oyunlar puça çıxacaq və  Cənubi Qafqazdan burnu ovularaq geri otuzdurulacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31