Ermənistan Fransa elçiliyinə "hə" cavabı alacaqmı?

Fransanın yürütdüyü militarizm siyasəti Cənubi Qafqazda sülhə təhdid kimi dəyərləndirilir. Azərbaycan bölgədəki silahlı birləşmələri tərksilah etməsindən sonra sülh gündəliyini irəli sürdüyü halda, Fransa yenidən bölgəyə silah-sursat göndərməsi sülh prosesinə böyük zərbə, yeni münaqişələr üçün zəmin yaratmaq yolu tutub. Milli Məclisin üzvü Məlahət İbrahimqızı deyib ki, Ermənistanın son dövrlərdə yürütdüyü siyasət onların tarixin acı dərslərindən nəricə çıxarmadığına dəlalət edir: "Ermənistan  son bir neçə ilin acı dərslərindən düzgün nəticə çıxara bilsəydi, o zaman özlərini və bölgəni yeni fəlakətə sürükləmək istiqamətində fəaliyyət göstərməzdilər. Əksinə Cənubi Qafqazda, nəhayətində Ermənistanın üzləşdiyi bəlalardan xilas olub proseslərin normala məcraya yönəlməsi və  qarşılıqlı əməkdaşlığın yaranması istiqamətində addıma atıb Azərbaycanla sülh sazişi imzalardı. Təəssüflər olsun ki, biz Ermənistanın  yenə də destruktiv mövqe sərgiləyərək bölgədə gərginlik yaratmaq istiqamətində səylərinin şahidi olmaqdayıq". Onun sözlərinə görə,  ermənilərin son hərəkətləri onu göstərir ki, onlar ağasız yaşaya bilmirlər: "Mütləq kimsə onlara ağalıq etməli, onların əvəzində onları kimdənsə qoruyub əvəzlərində döyüşməlidir. Ermənilərin bu hərəkəti "yağışdan çıxıb, yağımura düşdük"  zərb məsələni xatırladır. Amma ermənilər onu da  yaddan çıxarırlar ki,  nə qədər bu iddiadan əl çəkməyiblər,  nəticədə bunun bədəlini özləri ödəmiş olacaqlar.  Necə ki, indiyədək bunun bədələni ödəyiblər, bundan sonra da ödəyəcəklər. Çünki kimsə onların əvəzində nə Ermənistan dövlətini kimdənsə qoruyacaq, nə də onların əvəzində vuruşmayacaq.  Ağaların bir məqsədi olacaq. Bu bölgədə maraqlarını təmin etmək. Ermənilər də müəyyən müddətdən sonra ağasının üzünə ağ olduqda  və ya ondan üz döndərdikdə etdiyi xəyanətin bədəli onlara baha başa gələcək. Biz hazırda ermənilərin belə xəyanətinin bədəlinin ödədiyinə şahidlik etməkdəyik".

Deputat əlavə edib ki, Ermənistan bu gün özünə yeni ağa axtarışındadır və Fransanın özünün yeni ağası olması üçün ciddi çabalar göstərməkdədir: "Tarix boyu müstəmləkəçilik siyasətini həyata keçirən Fransa da Ermənistanın bu istəyini həvəslə yerinə yetirmək istəyir. Fransa və Ermənistanın məqsədi heç də  Cənubi Qafqazda sülhün yaradılması deyil, əksinə gərginliyin daha da artması və  bölgəni yeni toqquşmalara sövq etməkdir. Əgər Fransanın  məqsədi bölgədə sülh yaratmaq olsaydı, o zaman Rusiyanın hərbi müttəfiqi olduğu Ermənistanla   hərbi sahədə sıx əməkdaşlıq istiqamətində sənəd imzalamazdı. Fransa və Ermənistan yaxşı anlayır ki, onların bu addımı Moskva  tərəfindən heç də müsbət qarşılanmayacaq. Onu da nəzərə alsaq ki, bu gün Ermənistanın sərhədlərini rus sərhədçiləri qoruyur, hava-hücumundan müdafiə sisteminə ruslar nəzarət edir, ölkədə rus hərbi bazası mövcuddur, Ermənistan  KTMT üzvüdür, iqtisadi cəhətdən, xüsusən də strateji iqtisadi obyektlər Rusiyanın tam nəzarətindədir. O zaman yarana biləcək təhlükəli mənzərə heç kimdə şübhə yaratmaz və bu vəziyyət yeni təhlükələri istisna etmir. Odur ki, İrəvanın yürütdüyü bu siyasət ilk növbədə Ermənistanın maraqlarına cavab vermir və Ermənistan dövlətçiliyini yaxşı heç nə vəd etmir. Əksinə Ermənistan dövlətçiliyini təhlükə altına atır. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti ya bunu görmək istəmir, ya da Fransanın, yaxud  da hansısa qüvvələrin  təkidi ilə erməniləri  yeni fəlakətləri sürükləyirlər".

Onun sözlərinə görə, Fransanın Ermənistanı yeni fəlakəltərə sürükləmək istiqamətindəki səyləri ortadadır: "Fransa hər vəchlə bölgədə müstəmləkəçilik siyasətini reallaşdırmaq üçün Avropa ölkələrini anti-Azərbaycan bəyanatları verməyə  təşviq etməklə  Ermənistanı buna həvəsləndirir. Son günlərdə Azərbaycana qarşı qəbul edilən qərəzli, qeyri-obyektiv, mövcud reallıqları təhrif edən ədalətsiz bəyanatlar məhz Fransanın səyi nəticəsində mümkün olub. Fransa anti-Azərbaycan qüvvələrlə bir olub Cənubi Qafqazda öz məkrli planlarını və maraqlarını təmin etmək üçün bu cür "şirnikləndirici" addımlarla Ermənistanı sülhdən yayınmaya  sövq edirlər.  Lakin Fransa bu niyyətinə nail ola bilməyəcək. Ümumiyyətlə Fransa tarixdə səmimi dostu olmayıb, onun üçün maraqlar hər şeydən üstündür. Cənubi Qafqazda maraqlarını təmin edə bilməyən Fransa ilk növbədə Ermənistandan üz döndərəcək və hər zaman olduğu kimi, bundan uduzan tərəf də ermənilər  və erməni dövlətçiliyi olacaq. Əgər Ermənistan doğrudan da sülhdə maraqlıdırsa və üzləşdiyi vəziyyətdən çıxmaq istəyirsə, o zaman ən doğru seçim qonşuları, xüsusən də Azərbaycvan və Türkiyə   ilə normal münasibət qurub Bakının şərtləri daxilində sülh sazişi imzalamasıdır. O zaman Ermənistanın  yeni ağa axtarışına da ehtiyac qalmayacaq. Azərbaycan və Türkiyə onun təhlükəsizliyinin təminatçısı olacaq. Ermənilər bölgədə Ermənistan  dövlətinin varlığını və onun inkişafını istəyirlərsə,  bundan başqa alternativləri yoxdur. Bunun alternativi isə ermənilərin növbəti fəlakəti və ya məhvi  deməkdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31