BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
25 Oktyabr 2023 23:25 SiyasətBMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyə məktub göndərib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, məktubda BMT Baş Assambleyasının prezidenti Azərbaycanın Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində fövqəladə xüsusi sessiyanın çağırılması tələbini qəbul etdiyini bildirib.
Baş Assambleyanın xüsusi sessiyası 26 oktyabr tarixində BMT-yə üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkikatın iştirakı ilə BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31