“Bir millət, iki dövlət” adlı Forum keçiriləcək

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova oktyabrın 26-da Naxçıvan şəhərində keçiriləcək "Bir millət, iki dövlət" adlı Forumda iştirak edəcəklər.

Olaylar xəbər verir ki, vitse-spiker Adil Əliyev burada Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun "Heydər Əliyev və Azərbaycanda Dövlət Gənclər Siyasəti" mövzusunda təşkil etdiyi tədbirdə də iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31