Samuxun yeni icra başçısı kimdir- DOSYE

Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991-1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993-2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinidir.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev sərəncamı  ilə  bu  gün  Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31