İlham Əliyev təkcə Azərbaycan deyil, dünya tarixinə qalib sərkərdə kimi düşüb - ÖZƏL
25 Oktyabr 2023 15:11 Siyasət"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin 20 ilini də zəfərlə, uğurla başa vurdu. Bu ilin sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinin keçirilməsi ilə Cənab Prezident aktivinə daha bir zəfəri, daha bir nailiyyəti yazdı. Bu da xəyallarımızda belə canlandıra bilmədiyimiz Xankəndidə Azərbaycan bayrağının ucaldılması idi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsələndirib. İctimai birlik sədri deyib ki, Xankəndi, Xocavənd və digər rayonların Azərbaycanın nəzarətinə keçməsi ilə ərazi bütövlüyümüz tam mənada bərpa edildi ki, bu da İlham Əliyevin 2003-cü ildə dövlət başçısı kimi andiçmə zamanı söylədiyi fikirlər və verdiyi vədlərin reallaşması deməkdir:
"İstər 2003-cü ildə ilk dəfə dövlət başçısı kimi and içən zaman, istərsə də ondan sonrakı dövrlərdə keçirilən görüşlər, beynəlxaıq platformalardakı müzakirələrdə, hətta BMT tribunasından etdiyi çıxışda birmənalı olaraq prezident İlham Əliyev deyirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Və etdi də".
İlham Əliyevin təkcə Azərbaycan deyil, dünya tarixinə qalib sərkərdə kimi düşdüyünü deyən Arzuman Muradlı dövlət başçısının həm də tarixi ədaləti bərpa etdiyini, 100 illik erməni mifi və "Böyük Ermənistan" ideyasının üzərindən birdəfəlik xətt çəkdiyini, həmin ideyanı zibil qutusuna atdığını da vurğulayıb:
"İlham Əliyev hakimiyyətinin 20 ilində çoxlarının mümkünsüz zənn etdiyi, xəyal sandığını gerçəkliyə çevirdi, mümkün etdi. Bu uğurlarl təkcə hərbi deyil, eyni zamanda diplomatik, siyasi, iqtisadi, sosial və digər sahələrə də aid etmək olar".
Arzuman Muradlı onu da vurğulayıb ki, qalib sərkərdə kimi işğal altında olan torpaqlarımızı düşməndən azad edən dövlət başçısı, indi də həmin ərazilərin yenidən qurulması, abadlaşdırılmasına çalışır və buna yüksək ustalıqla nail olur:
"Düşməndən azad edilən hər bir şəhər, hər bir rayon, kənd və qəsəbədə görülən işlər, həyata keçirilən infrastruktur layihələri birbaşa Cənab Prezidentin diqqətində, nəzarətindədir. Bu da öz növbəsində görülən işlərin keyfiyyətini artırmaqla yanaşı, bu işlə məşğul olan şəxslərin də daha məsuliyyətli olmasını şərtləndirir".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, işğaldan azad edilən ərazilər dövlət başçısı İlham Əliyevin sayəsində və diqqət-qayğısında daha da gözəlləşəcək, dünyanın maraq dairəsinə çevrilən bir məkan olacaq.