Paris Cənubi Qafqazda sülhə qarşı çıxır
25 Oktyabr 2023 14:48 SiyasətAzərbaycan bölgədəki silahlı birləşmələri tərksilah etməsindən sonra sülh gündəliyini irəli sürdüyü halda, Fransanın yenidən bölgəyə silah-sursat göndərməsi sülh prosesinə böyük zərbə, yeni münaqişələr üçün zəmin yaratmaqdır. Fransanın işğalçı Ermənistanla imzaladığı hərbi əməkdaşlıq barədə saziş bunu bir daha təsdiq edib. Fakt ondan ibarətdir ki, Fransa Ermənistana silah ixracında maraqlıdır. Məqsəd isə Cənubi Qafqazda bu ölkənin maraqlarının möhkəmlənməsidir.
MCP sədrinin müavini Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki, Fransa Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşıdır. Fransa Ermənistana silah ixracında maraqlıdır və bu istiqamətdə saziş bağlamaqdan belə çəkinmir. Həmçinin Yerevan da qərarını verib və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirsin. Paris, Ankara-Baki müttəfiqliyinə qarşı Yerevanla hərbi əlaqələri inkişaf etdirməklə, Ermənistanı silahlandırmaq niyyətindədir. Məlum olduğu kimi uzun illər Ermənistanı silahlandıran Rusiya artıq Ermənistana silah ixracını dayandırıb. İndi Rusiyanın yerini Fransa doldurmağa çalışır".
Onun sözlərinə görə, Ermənistan hesab edir ki, Fransanın vasitəsilə silahlanıb, şərti sərhəddə təxribatlara əl ata biləcək: "Amma, Azərbaycanın hərbi gücü imkan verir ki, bundan sonra da Ermənistanı küncə sıxışdırsın. Məhz Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında ona görə maraqlı deyil ki, öz silah satışını həyata keçirsin. Ermənistan vasitəsilə regionda mövqeyini gücləndirsin. Çünki, sülh müqaviləsi bağlandıqdan sonra Türkiyə Azərbaycan və Ermənistan əlaqələri normallaşması baş verəcək. Bu da Parisin Cənubi Qafqaz siyasətini neytrallaşdıra bilər. Fransanın hazırkı siyasəti regionda destablizasiyaya xidmət edir. Ermənistan Baş naziri Nikol Paşinyan Fransa ilə hazırkı siyasətini davam etdirəcəksə, Paris sülhə imkan verməyəcək. Nəticədə proseslər Ermənistanın əleyhinə işləyəcək".