Türk dünyasının qızıl körpüsü-Qərarı Təbriz verəcək

Güney Azərbaycanda və Güney Azərbaycan milli hərəkatının ən anlamlı və dərin şüarlardan biri "Təbriz, Bakı, Ankara-Biz hara, farslar hara" və ya "Ankara, Bakı, Təbriz- Birlikdə güclüyük biz" şüarıdır. Bu şüarlarda 4 siyasi və coğrafiyanın mərkəzlərinin adı keçir. Türkiyə, Quzey, Güney Azərbaycan və İran.
Əlbəttə ki burda məqsəd Azərbaycanın Quzeyi, Güneyi və Türkiyənin birlikdə və çiyin-çiyinə hərəkət etmə məcburiyyəti və önəmidir. Ancaq Bakı, Ankara və hətta Tehranın əksinə Təbriz indilik və hətta bir əsrdir ki qərar verəcək güc və imkana sahib deyildir.  Bəs nə etməliyik?
Doğrudur, bu gün Güney Azərbaycan özgür deyil və İran dövləti tərəfindən istənilən şəkildə idarə olunur. Ancaq bu da bizim əl-qolumuzun tam bağlı olması anlamına gəlməz. İndilik Təbrizin qərar verəcək gücü yoxdur. Amma Təbriz təsir edəcək güc və imkana sahibdir. Yetər ki bunu dəyərləndirə bilək. 
Bu gün İranda Tehran dövlətinə qarşı ən böyük və təsirə imkanı olan güç Güney Azərbaycan milli hərəkatıdır. Habelə molla rejiminə müxalifət edən Farscı və İrancı müxalifətə rəqib isə yenə Azərbaycan milli hərəkatıdır. Hər iki tərəfdə bunu yaxşı bilir ki Güney Azərbaycanda Türkçü və Azərbaycançı bir siyasi hərəkət Bütöv Azərbaycan deməkdir və buda onların sonu deməkdir. 
Digər tərəfdən va xaricdə bizə yaxın olan və bizdən olan Azərbaycan və Türkiyə kimi Türk dövlətlər və Türk Dünyası vardır. Ankara, Bakı, Kərkük, Daşkənd, Astana, Borçalı və.s.
Ayrıca, əminəm Güney Azərbaycanı yaxından izləyən digər böyük və qlobal güçlər də vardır. Onlar  isə qardaşlıq duyğularına görə yox, maraqlarına görə bizə münasibəti olar və olacaqdır. Əlbəttə, bizim də öz maraqlarımız və hədəflərimiz var. Ancaq bilindiyi kimi siyasətdə əbədi dost düşman olmaz maraqlar olur. Bu qrupa da yanaşmamız bu ideya üzərindən olmalıdır. 
Onun üçün dünyanın bu həssas dönəmində Güney Azərbaycanın mərkəzi olan Təbrizin qərarlara təsiri olmaq üçün və hətta yönləndirmək üçün hər gündən çox güclü və birlikdə olması lazımdır. "Təbrizin Baxışı" həm Bütöv Azərbaycan üçün, həm türk dünyası üçün vaciblərin vacibdir. 
Unutmayaq Güney Azərbaycan türk dünyasının altın körpüsüdür. Bu körpü əbədi olaraq sağlam və dik qalmalıdır. 

Dr. Kərim Əsgəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31