İndi qarşıda duran əsas vəzifə insanların doğma yurda qayıdışını təmin etməkdir - ÖZƏL

"Azərbaycanın Müzəffər Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadənin sözlərinə görə, hazırda Qubadlı ərazisində minatəmizləmə əməliyyatları, quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır:

"25 Oktyabr tarixi Qubadlının azad olunması günüdür. 27 ildən sonra Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirərək Qubadlını erməni faşistlərindən azad etdi. Bu gün isə Qubadlı yenidən dirçəlir, öz əvvəlki görkəmini bərpa edir. Burada aparılan tikinti, abadlıq işləri göstərir ki, tezliklə Qubadlı öz füsunkar təbiəti, saf ürəkli, mərd insanları ilə qovuşacaq, bura gələnləri heyran edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31