Brüssel görüşü bir çox məsələlərə aydınlıq gətirəcək - ÖZƏL
25 Oktyabr 2023 10:28 Siyasət"Bu ilin axırına kimi Ermənistanla sülh müqaviləsi istiqamətində Çərçivə sazişi imzalanmasa, Yerevan Fransanın təhriki ilə şərti sərhəddə təxribatlara əl ata bilər". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Brüsseldə keçiriləcək görüşdə bir çox məsələlərə aydınlıq gələcək: "Əgər, Ermənistan Baş naziri bu görüşdə manipulyasiya edəcəksə, hərbi avantüriya hazırlaşması deməkdir. Fransa və Hindistandan Ermənistana silahlar göndərilir. Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri regionda mümkün eskalasiyaya preventiv addımdır. Azərbaycan və Türkiyənin geniş miqyaslı hərbi təlimləri hücum xarakterli keçirlir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31