Vətən müharibəsinin ən həlledici məqamlarından biri Qubadlının  işğaldan azad edilməsidir

"Möhtərəm Prezidentin 31 iyul 2023-cü tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəmcamına əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O bildirib ki, Vətən müharibəsinin ən həlledici məqamlarından biri, heç şübhəsiz bu gün üçüncü ildönümünü qeyd etdiyimiz Qubadlının  işğaldan azad edilməsidir:

"Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə 23 dekabr 2020-ci ildə işğala son qoyulduqdan sonra Qubadlıya ilk səfərlərində dediyi kimi, "Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı". Qubadlının azad olunması ilə cənubdan icazəsiz yük daşımalarının həyata keçirildiyi Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində, habelə, İrandan Laçın rayonuna qədər olan hissədə Ermənistanla sərhədlərimiz üzərində nəzarət tam formada bərpa edildi".

Deputat qeyd edib ki,  Qubadlıda işğala son qoyulması ilə həm tarixi ədalət, həm də BMT Təhlükəsizlik Şurasının icra olunmayan 874 saylı və əvvəlki daha 2 qətnaməsinin yerinə yetirilməsi fonunda beynəlxalq hüquq təmin olundu:

"Bu gün quruculuq və bərpa işlərinin davam etdiyi Qubadlı cənab Prezidentin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanına əsasən yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonunun vacib regionu kimi ciddi iqtisadi perspektivlər vəd etməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31