Milli Məclisdə Korsika xalqına dəstək qrupu yaradılıb
24 Oktyabr 2023 18:36 SiyasətKorsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılmışdır.
Dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.
Qrupa Milli Məclisin üzvləri Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31