Region ölkələri bir-biri ilə daha yaxşı anlaşa və razılığa gələ bilərlər - ÖZƏL

"Region ölkələrinin 3+3 formatda görüşməsi nəhayət baş tutdu. Kənar oyunçulardan fəqrli olaraq region ölkələri bir-biri ilə daha yaxşı anlaşa və razılığa gələ bilərlər. Bu təbiddir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu ötən gün Tehranda 3+3 formatında keçirilən görüşü şərh edərkən səsləndirib. O deyib ki, sözügedən formatda təmsil olunan ölkələr  region üçün də məsuliyyəti məhz özləri daşıyırlar:
"Hər bir dövlətin maraqalarının təmin olunması. mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi, yaxınlaşmaya mene olan problemlərin birgə müzakirəsi baxımından Tehranda keçirilən görüşlər əhəmiyyətlidir. Baxmayaraq ki, Gürcüstan, Ermənistan, Azərbaycan, İran, Türkiyə və Rusiya müəyyən məslələrdə bir-biri ilə rəqabətdədir. Misal üçün, Tehranın, Moskvanın və İrəvanın  Azərbaycan və Türkiyə ilə münasibətləriini səmimi saymaq olmaz. Lakin bütün bunlara baxmayaraq regionda gərginlik artmaması, kənar güclərin müdaxiləsinin qarşısnın alınmasında ortaq mövqeyə gələ bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31