Fransa regionda silahlı münaqişənin yenidən alovlanmasını qarşısına məqsəd qoyub - ÖZƏL
24 Oktyabr 2023 14:08 Siyasət"Fransanın Ermənistana silah verməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Fransa hökumətinin davranışları açıq şəkildə göstərir ki, sülhün bərqərar olması rəsmi Parisə heç cür sərf etmir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Fransa onsuz da uzun illərdir ki, Ermənistana silah ötürülməsini təmin edir:
"Əvvəl bunu üçüncü ölkələrin əli ilə gizlin şəkildə edən Fransa 44 günlük Vətən savaşından sonra açıq şəkildə Ermənistanın silahlandırılması istiqəmətində iş aparır və hətta digər Avropa ölkələrinə də bununla bağlı rəsmi çağırışlar edir.
Hava hücumundan müdafiə sistemlərin alınması ilə bağlı razılaşma, digər silah-sursatla Ermənistanın hərbi arsenalının yenidən formalaşdırmaq istiqamətində atılan addımlar bir daha sübut edir ki, Fransa regionda silahlı münaqişənin yenidən alovlanmasını qarşısına məqsəd qoyub".
Yusif Bağırzadə deyib ki, Fransa bütün gücü ilə Ermənistandan alət kimi istifadə etməklə Cənubi Qafqaz regionunda bu və ya digər şəkildə təmsil olunmağa çalışır:
"Ermənistanın istər təhlükəsizlik istərsə də müdafiə sahəsində Rusiyadan asılılığını aradan qaldırmaq üçün isə onu silah müqavilələri ilə şirnikləşdirir. Təbii ki, əsas məqsəd Rusiyanın Ermənistandan uzaqlaşdırılması və ondan boşalacaq yerə fransızların gəlməsidir".