İşğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşayır - ÖZƏL
24 Oktyabr 2023 12:35 Siyasət"İşğaldan azad edilmiş bütün ərazilərimiz kimi Füzulidə tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Cavid Osmanovun sözlərinə görə, Böyük Qayıdış Proqramının uğurla icra edildiyini qeyd edən Prezident İlham Əliyev Füzulidə artıq 800-dən çox insan yerləşdiyini, ilin sonuna qədər isə burada təqribən 2 minə yaxın insanın yaşayacağını açıqladı. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunda Füzuli rayonunda 22 min insan, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq:
"Ölkə başçısı bildirdi ki, işğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır. Bu səbəbdən də bütün layihələr icra edilərkən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları burada yerləşən insanların məşğulluq imkanlarının olması üçün ciddi addımlar atır. Həmçinin özünüməşğulluq proqramı icra ediləcək ki, bütün ərazilərdə həyat qaynasın".