3+3 region ölkələri üçün maraqlı və vacib formata çevrilə bilər - ÖZƏL
24 Oktyabr 2023 11:38 Siyasət"Tehranda baş tutan 3+3 formatı çərçivəsindəki görüş nəzəri olaraq region ölkələri üçün maraqlı və vacib formata çevrilə bilər".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, region ölkələrinin qarşılıqlı münasibətlərindəki mövcud problemlər ilk baxışda mane kimi görünsə də, tərəflərin regionun gələcəyi baxımından bundan başqa yollarının olmadığını göstərir:
"Bu, region üçün həyatı əhəmiyyət kəsb edir. Əks halda regiona daxil olan kənar güclər bu yaxınlaşmanı qeyri-mümkün edər. İlk növbədə region ölkələrin bu formatda iştirakını təmin edəcək güc səmimi bunu qəbul etməkdir. Bir-birilərinə iddia ilə çıxış edilmədiyi durumda mövcud problemlərin həlli də mümkün ola bilər. Altı ölkənin hər biri bunda maraqlı olmalı, öz töhfəsini verməlidir. Kənarda qalmaq kənar qüvvələrə qapı açacaqdır".