Avropa Parlamentinin qərəzli qətnamənsinin qarxasında Makron dayanır - Deputat
24 Oktyabr 2023 11:34 Siyasət"Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamənin arxasında Fransa prezidenti Makron dayanır". Olaylar xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin iclasında çıxışı zamanı deyib. Bildirib ki, ermənilərin Qarabağdan getməsini etnik təmizləmə kimi qələmə verməyə çalışırlar: "Ancaq bizim əlimizdə BMT kimi nüfuzlu təşkilatın rəyi var. Biz xarici siyasətmizdə bundan səmərəli istifadə etməliyik. Heç kim qarantiya verməz ki, erməni icması 30-50 ildən sonra Azərbaycan dövləti üçün problem yaratmayacaq. Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı müqavilə bağlandıqdan sonra bu bəyənatlar arxa plana keçəcək. Ona görə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində problem vaxtında həll etməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31