Azərbaycana qarşı təzyiqlər artacaq - DEPUTAT

"Bu gün Azərbaycana qarşı Avropa Parlamentində təmsil olunan bir sıra bir qrupun təzyiqlərini hiss edir, eləcə də ədalətsiz yanaşmanı görürük". Bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, Avropa İttifaqı ilə ən çox iqtisadi əməkdaşlıq edən də məhz Azərbaycandır: "Mübarizəmizi davam etdirməli, mövqeyimizi çatdırmalıyıq. Bu gün Azərbaycan ədalətli mövqedədir, ermənilərə qarşı heç bir soyqırım həyata keçirilməyib. "3+3" formatlı görüşdən sonra da Azərbaycana qarşı təzyiqlərin olması qaçılmazdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31