Təzminatı ermənilər ödəməlidirlər - DEPUTAT
24 Oktyabr 2023 11:13 Siyasət"Fransa və Avropanın təhriki ilə Azərbaycana qarşıchr("39") bəyənatlar verilir. Bu bəyənatlarda Azərbaycanı tərk edən ermənilərə təzminat verilməsi istənilir". Olaylar xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov Milli Məclisin iclasında deyib. Bildirib ki, ermənilər bizim bütün tarixi abidələri dağıdıb, yaxud Avropaya daşıyıblar: "İndi beynəlxalq təşkilatlar tərəfindən bizdən təzminat ödənilməsi istənilir. Hansı ki, ermənilər özlərinin təhriki ilə Qarabağdan çıxıblar".
Millət vəkili əlavə edib ki, Alban kilsəsinin ermənilərə heç bir aidiyyatı yoxdur: "Biz bu tarixi abidəni necə lazımdırsa elə də qoruyacağıq. Təzminztı ermənilər albanların hüquqlarının pouzulmasına görə verməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31