Paşinyan şəxsən Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırdı

Ermənistan Baş naziri Nikol Paşinyan şəxsən Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanı qondarma qurumu ləğv etməyə çağırıb.

Olaylar.az   bildirir ki, bu barədə "Hraparak" məlumat yayıb.

Azərbaycanın tələblərini irəli sürməsindən sonra Samvel Şahramanyan Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vasitəçiliyi ilə Baş nazir Nikol Paşinyanla telefon danışığı aparıb.

Paşinyan, lokal xarakterli antiterror tədbirləri zamanı Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb.APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31