"3+3" formatı region dövlətlərin marağına uyğundur- ÖZƏL

"Bugünkü reallıqda regional dövlətlərinin xarici təsirlər olmadan bir-biri ilə birbaşa əməkdaşlığı üçün daha əlverişli şərait yaranıb". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Cavanşir Feyziyevin​ sözlərinə görə, odur ki, bölgə dövlətləri arasında qarşılıqlı münasibətlərin "3+3" formatında inkişaf etdirilməsi yenidən gündəmə gəlib: "Belə bir əməkdaşlıq bütün bölgə dövlətlərinin maraqlarına uyğundur və bölgənin gələcəyi üçün çox əhəmiyyətlidir. Belə ki, bölgə dövlətləri bu formatda əməkdaşlıq etməyə razılaşarsa belə bir əməkdaşlıq formatı bölgədən kənar güc mərkəzlərinin Cənubi Qafqaza təsir və təzyiq imkanlarını kifayət qədər məhdudlaşdıra bilər. Hələlik Ermənistandan başqa digər 5 dövlətin belə bir formatda əməkdaşlığa maraq göstərdiyi müşahidə olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31