Fransa regionda sülhə maneə olur - ÖZƏL

"Artıq Yerevan da qərarını verib və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək. Paris, Ankara-Baki müttəfiqliyinə qarşı Yerevanla hərbi əlaqələri inkişaf etdirməklə, Ermənistanı silahlandıracaq". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, uzun illər Ermənistanı silahlandıran Rusiya artıq Ermənistana silah ixracını dayandırıb. Demək olar ki, Rusiyanın yerini Fransa dolduracaq:

"Avropa ölkələri iki ölkə arasında münaqişəyə görə hər iki ölkəyə silah satışına qadağa qoymuşdu. Münaqişənin başa çatmasın baxmayaraq, sülh sazişi bağlanmadığına görə müharibə riski var. Fransanın Ermənistanla silah sazişi Azərbaycanın İtaliya, Böyük Britaniya və digər Avropa ölkələri ilə silah sazişi imzalamasına gətirib çıxaracaq.

Ermənistanın maliyyə imkanları bir neçə ölkə ilə böyük partiyada silah sazişi bağlamağa imkan vermir. Bu, təkcə Fransa ilə silah sazişi mümkündür. Amma, Azərbaycan Ermənistandan fərqli olaraq maliyyə imkanlarına görə bir neçə ölkə ilə silah sazişini həyata keçirə biləcək. Məhz Avropa ölkələri də Azərbaycanla silah sazişində maraqlıdır. Məhz Fransanın özü də silah ticarətini inkişaf etdirmək üçün Azərbaycana da Ermənistana satmaq istəmədiyi bahalı silahları Azərbaycana satacaq.

Ermənistan hesab edir ki, Fransanın vasitəsilə silahlanıb, şərti sərhəddə təxribatlara əl ata biləcək. Amma, Azərbaycanın hərbi gücü imkan verir ki, bundan sonra da Ermənistanı küncə sıxışdırsın. Məhz Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında ona görə maraqlı deyil ki, öz silah satışını həyata keçirsin. Ermənistan vasitəsilə regionda mövqeyini gücləndirsin. Çünki, sülh müqaviləsi bağlandıqdan sonra, Türkiyə Azərbaycan və Ermənistan əlaqələri normallaşması baş verəcək. Bu da Parisin Cənubi Qafqaz siyasətini neytrallaşdıra bilər.

Fransanın hazırkı siyasəti regionda destablizasiyaya xidmət edir. Ermənistan Baş naziri Nikol Paşinyan Fransa ilə hazırkı siyasətini davam etdirəcəksə, Paris sülhə imkan verməyəcək. Nəticədə proseslər Ermənistanın əleyhinə işləyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31