3 ildir ki, Füzuli azad həyatını yaşamaqdadır - ÖZƏL
24 Oktyabr 2023 08:42 Siyasət"44 günlük Vətən müharibəsinin 21-ci günündə işğaldan azad olunan Füzuli erməni vandalizmindən ən çox ziyan görən bölgələrimizdən biridir. Bu rayonda ermənilər daşı daş üstə qoymamışdılar. Hətta şəhər düşmən işğalından azad edildikdən sonra bayraq sancmağa bir bina belə tapılmamışdı". Olaylar xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin sözlərinə görə,
Azərbaycanın Müzəffər ordusu öz mahir sərkərdəsinin rəhbərliyi ilə Füzulini və onun kəndlərini qəhrəmanlıq dolu mübarizə ilə düşməmndən təmizlədi və 3 ildir kİ, Füzuli öz azad həyatını yaşamaqdadır:
"Oktyabrın 17-də Füzuli şəhərində qeyd edilən Füzuli gününə təşrif gətirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev şəhər sakinləri ilə görüşərək çıxış etmiş, onları bu gözəl bayram münasibətilə təbrik etmişdir.
Cənab Prezident füzulilərin doğma torpağa bağlılığından fərəh hissi ilə söz açaraq dedi: "Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq".