Tehranda “3+3” formatında görüşünün nəticələrinə dair bəyanat qəbul olunub

Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsi vacibdir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tehranda keçirilən "3+3" əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair bəyanatda deyilir.

Qeyd olunub ki, bu xüsusda mübahisələrin sülh yolu ilə həllinin, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, dövlətlərarası münasibətlər və daxili işlərə qarışmamanın, güc tətbiq etməyin qadağan edilməsi və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin bütün prinsiplərinə əsaslanan insan hüquqlarına hörmət edilməsi vacibdir.

Həmçinin, vurğulanıb ki, görüş zamanı müxtəlif beynəlxalq məsələlərə dair fikirlər bildirilib, regionun ən mühüm məsələləri müzakirə edilib və ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında "3+3" Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31