Azərbaycana qarşı ermənilərə səsləndi: “Bayraqları qaldırın...”
23 Oktyabr 2023 22:32 SiyasətAnti-Azərbaycan mövqeyi ilə seçilən Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rot İrəvandadır.
Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, ermənipərəst siyasətçi səfəri ilə bağlı X sosial şəbəkəsində diqqətçəkən paylaşım edib.
Ermənistanın adı gələndə Azərbaycana düşmən xislətini gizlətməyən Rot bu dəfə pafosun dozasını bir qədər də artırıb. O, sosial şəbəkədə erməniləri ölkələri uğrunda bayraq qaldırmağa çağırıb: "Gənc demokratiya (Ermənistanı nəzərdə tutur - red.), sülh və ərazi bütövlüyü uğrunda bayrağı qaldırın".
Rot İrəvanda olduğunu, Baş naziri Nikol Paşinyan, spiker Alen Simonyan və erməni həmkarı Sərkis Xandanyanla görüşəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31