ABŞ Cənubi Qafqazda sülhü təşviq edən istənilən xoş niyyətli səyləri alqışlayır - Dövlət Departamenti
23 Oktyabr 2023 22:09 SiyasətABŞ Cənubi Qafqazda sülhü təşviq edən istənilən xoş niyyətli səyləri alqışlayır.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.
"Ermənistan-Azərbaycan məsələsinə gəlincə, biz bu danışıqların harada getməsindən və kimin aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə kömək edən istənilən xoş niyyətli səyi alqışlayırıq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31