İran region ölkələrinin iştirakı ilə nəqliyyat yol xəritəsinin hazırlanmasını təklif edir – XİN rəhbəri
23 Oktyabr 2023 20:44 Siyasətİran bütün region ölkələrinin mənafeyinə əsaslanan əhatəli regional nəqliyyat yol xəritəsinin tənzimlənməsini təklif edir.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Tehranda "3+3" formatında keçirilən xarici işlər nazirlərinin iclasında deyib.
İranlı nazirin sözlərinə görə, önəmli əməkdaşlıq sahələrindən biri nəqliyyat və kommunikasiyadır.
"Hazırkı Qafqaz yol və dəmiryol nəqliyyat şəbəkələrinin yaradılması üçün lazımi şəraitə sahibdir. Şimal-Cənub və Şərq Qərb dəhlizlərinin reallaşması sülh və stabilliyi ilə özündə məna tapır.
İran təklif edir ki, bu istiqamətdə region ölkələrinin nəqliyyat nazirlərinin iclası keçirilsin. İran bu iclasa ev sahibliyi etməyə hazırdır", - deyə o, qeyd edib.
Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilir. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak etmək üçün Tehrandadır.
Xatırladaq ki, "3+3" formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.