Cənubi Qafqazda sabitlik Bakı ilə İrəvan arasında sülh müqaviləsindən keçir - Hakan Fidan

Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə mümkündür.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda "3+3" formatında (Azərbaycan, Ermənistan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

O, regional kommunikasiyaların açılmasının normallaşma və sülh prosesini sürətləndirəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilir. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak etmək üçün Tehrandadır.

Xatırladaq ki, "3+3" formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31