ABŞ sonadək Ukraynada Rusyanın məğlubiyyətinə çalışacaq - ÖZƏL

"HƏMAS-la İsrail arasında gedən müharibədən dolayı beynəlxalq ictimaiyyətin diqqəti müharibənin geniş coğrafiyaya yayılmasının qarşısının alınmasına və daha artıq itkilərə yol verməməsinə yönəlsə də, bu Rusiya- Ukrayna müharibəsinin arxa plana keçdiyi qənaəti yaratmır. Kiyev-Moskva qarşıdurması ABŞ və Qərbli müttəfiqlərinin uzunvadəli strateji planlardır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin koməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, bu planın hansı formada və necə sonunclanması isə dünya düzənini yenidən şəkilləndirilməsi və çoxqütblü beynəlxalq münasibətlərin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir:

"Ona görə də ABŞ sonadək Ukraynada Rusyanın məğlubiyyətinə çalışacaq. Təsadüfi deyil ki, prezident Co Bayden Konqresə sorğu göndərərək Ukraynaya və İsrailə hərbi yardım paketi üçün 106 milyad dollar ayrılmasını istəyib. Bu məbləğin də 61 milyard dolları Ukrayna üçün nəzərdə tutulub. ABŞ Konqresi əgər həmin məbləğın ayrılmasına razılıq versə, Vaşinqton Ukraynaya hucüm silahlarının geniş partiyasını tədarük edəcək. Bu vəsait Rusiya Silahlı qüvvələrinə ayrılan vəsitin təxmini həcmi qədərdi.  Dəqiq desək Rusiya dövlət büdcəsindən Silahlı qüvvələrinə ayrılan vəsiat 63 milyardan çox olduğu halda, ABŞ Ukraynaya 61 milyard dollard vəsit istəyir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31